ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı olub. Ağ Evdən verilən açıqlamaya görə, Co Bayden və Vladimir Zelenski Vaşinqtonun Kiyevə dəstəyini və Ukraynanın döyüş meydanındakı mövqeyini gücləndirmək səylərini müzakirə ediblər.
Ağ Ev xatırladıb ki, ABŞ Rusiyanın enerji sektoruna, xüsusilə neft-qaz şirkətlərinə və onların rəhbərlərinə qarşı yeni sanksiyalar tətbiq edib.
"Bayden Ukrayna xalqının ədalətli və davamlı sülhə nail ola bilməsi üçün Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb", - Ağ Evin bəyanatında deyilir.
Zelenski Vaşinqtona ölkəsinin yanında olduğuna görə təşəkkür edib, eyni zamanda Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin vacibliyini təkrarlayıb.