Los-Ancelesdə yanvarın 7-dən bəri davam edən yanğınlar nəticəsində ölənlərin sayı 11-ə çatıb. Lakin yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, müvafiq orqanlar yanğından zərər çəkmiş bütün ərazilərdə araşdırma apara bilməyincə, qurbanların dəqiq sayını demək çətin olacaq.
Amerika mediasının məlumatına görə, güclü külək və quru hava yanğının söndürülməsini çətinləşdirən yanğın hələ də söndürülməyib. On minlərlə insan təxliyə edilib, minlərlə ev və iş yerləri dağıdılıb, dövlətə milyardlarla dollar ziyan dəyib.
ABŞ prezidenti Co Bayden Kaliforniya meşə yanğınlarını ştatın tarixindəki ən dağıdıcı yanğın adlandırıb.