Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Miriam Leksman Ermənistan hökumətinin Ermənistanın Avropa İttifaqına qəbul prosesinin başlanmasına dair qanun layihəsi ilə bağlı müsbət rəyinə toxunub.
“Mən Ermənistan hökumətinin Aİ-yə üzvlük prosesinə başlamaq qərarını səmimiyyətlə alqışlayıram. Lazımi şərtlərə cavab verən və dəyərlərimizi paylaşan ölkələr həmişə arzuolunan olmalıdır", - deyə Leksman X mikrobloqunda yazıb.
Bundan əvvəl Ermənistan hökuməti Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı vətəndaş təşəbbüsü ilə bağlı müsbət mövqe bildirib.