Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşdirilməsinin daha iki il müddətinə uzadılmasını təklif edib, Ali Nümayəndəliyin mətbuat xidmətindən “Azatutyun”a bildiriblər.
Üzv dövlətlər təklifi müsbət qarşılayıb və hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə zəruri hüquqi aktları müzakirə edirlər”. Şuranın müddətin uzadılması ilə bağlı qərarının yaxın günlərdə verilməsi gözlənilir”, - deyə “Azatutyun”a verilən yazılı cavabda deyilir.
Aylardır Bakı bu missiyanı casusluqda və regional sabitliyə zərbə vurmaqda ittiham edib.
Bu ittihamlara cavab olaraq Ali Nümayəndəlik Aparatı bildirib: “Avropa İttifaqının Ermənistandakı missiyasının mandatı çox aydındır: yerdə, Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə aparmaq və hesabat vermək və Ermənistan-Azərbaycan nizamlanmasında Avropa İttifaqının səylərinə töhfə vermək. Monitorinq missiyasının yerləşdirildiyi vaxtdan sərhədyanı ərazilərdə silahlı insidentlərin sayı xeyli azalıb. Məlum olduğu kimi, Aİ missiyanın fəaliyyəti barədə mütəmadi olaraq Azərbaycanı məlumatlandırır”.
2023-cü ilin fevralında Ermənistana ilk olaraq 100 mülki müşahidəçi gəldi, aylar sonra onların sayı iki dəfə artdı.
Bakı Aİ missiyasının sərhəddəki fəaliyyətini dayandırmağı tələb edir.
Nikol Paşinyan noyabrın 22-də İctimai Televiziyaya müsahibəsində bu məqamın həqiqətən də Bakı ilə müzakirə edildiyini və Ermənistan tərəfinin Azərbaycana Aİ müşahidəçilərinin delimitasiyası olunmuş ərazilərdən çıxarılması ilə bağlı əks təklif irəli sürdüyünü təsdiqləyib.