2024-cü ilin sonunda hökumətin müvafiq qərarı ilə Ərazi idarəetmə Nazirliyinin nəzdində AES-in yekun modelinin müəyyən edilməsi, müraciətlər üzrə lazımi ekspertizanın aparılması, tikinti işlərinə nəzarət və texniki şərtlərin hazırlanması ilə məşğul olan yeni təşkilat yaradılacaq.
Bu barədə ərazi idarəetmə naziri David Xudatyan məlumat verib.
Nazir qeyd eib ki, AES-in tikintisinin müddəti yekun qərarda seçiləcək modeldən çox asılıdır.
“Təkcə Rusiya, Amerika deyil, digər ölkələrdəki atom elektrik stansiyalarının təklifləri də müzakirə olunur”, -o bildirib.