Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşündə Qafqazdakı vəziyyətə toxunub.
O qeyd edib ki, Cənubi Qafqaz Rusiya üçün uzaq region deyil və Moskva orada sülh, sabitlik, təhlükəsizlikdə maraqlıdır və Bakı və İrəvanla münasibətləri bundan sonra da inkişaf etdirəcək.
“Biz Qafqazda sülh, sabitlik, proqnozlaşdırıla bilənlik, qarşılıqlı inam və təhlükəsizlik mühiti istəyirik. Bizim həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərimiz var və onları yüksək qiymətləndiririk”.
Peskov əmin edib ki, Moskva bu münasibətlərin daha da inkişafı üçün əlindən gələni etmək niyyətindədir.