Ermənistan Xarici İşlər Nazirliyi Tibetdə baş verən zəlzələ qurbanları ilə bağlı Çinə başsağlığı verib.
"Çində baş verən və insan tələfatı və dağıntılara səbəb olan zəlzələ xəbərindən dərin kədərləndik. Ölənlərin ailələrinə başsağlığı verir və həlak olanların tezliklə sağalması üçün dua edirik", - nazirlik X səhifəsində qeyd edib.
Çərşənbə axşamı Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə zəlzələ baş verib, nəticədə, son məlumatlara görə, 126 nəfər ölüb, daha 188 nəfər ağır yaralanıb. Zəlzələdən sonra seysmoloqlar 515 yeraltı təkan qeydə alıblar.