Ararat Mirzoyan mətbuat konfransı zamanı sülh müqaviləsinə toxunaraq qeyd edib ki, il ərzində bir sıra sənəd təklifləri mübadiləsi aparılıb, nazirlər səviyyəsində rəsmi və qeyri-rəsmi əlaqələr və müzakirələr olub, dövlət başçıları səviyyəsində müzakirələr aparılıb.
“Növbəti təklifimizi ay yarım əvvəl göndərdik, indi Azərbaycan tərəfinin cavabını gözləyirik”.
Nazir xatırladıb ki, avqustda Ermənistan tərəfi sülh müqaviləsinin razılaşdırılmış 13 maddəsini və preambulasını imzalamağı təklif edib, lakin Azərbaycan tərəfi bununla razılaşmayıb.