Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqların növbəti raundu yanvarda baş tutacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev yerli mətbuata müsahibəsində deyib.
“Bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır”.