ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma Gürcüstana səfərini ləğv edib.
“Müzakirələrdən və diqqətlə nəzərdən keçirdikdən sonra Gürcüstana səfərimi ATƏT PA-nın iştirakının ən effektiv olacağı ana qədər təxirə salmaq qərarına gəldim. Biz hər kəsin səsini dinləməyə və ATƏT DTİHB-nin seçki təkliflərinin həyata keçirilməsində dəstək verməyə hazırıq”, - Kauma özünün X mikrobloqunda yazıb.
Bundan əvvəl Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili və ABŞ Helsinki Komissiyasının sədri məktublarda Kaumaya müraciət edərək, planlaşdırılan səfəri tənqid edərək, Gürcüstanın hakim partiyasının bundan “hakimiyyətin legitimləşdirilməsi” kimi istifadə edəcəyini bildirmişdilər.