Bakıdan Qroznıya uçan Azərbaycanın “Embraer 190” təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurula biləcəyi ilə bağlı məlumatlar var, ABŞ prezidentinin aparatının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Ağ Ev təsdiq edib ki, ABŞ Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması şəraitinin araşdırılmasında Azərbaycan və Qazaxıstana yardım təklif edib.
Dekabrın 25-də səhər saatlarında "Azərbaycan Hava Yolları"na məxsus Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında 62 sərnişin və 5 ekipaj üzvü ilə qəzaya uğrayıb.
Bundan əvvəl Azərbaycanın AZAL aviaşirkəti Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğramasına səbəb kimi “xarici fiziki və texniki müdaxilə” olduğunu bildirmişdi.