Aİİ-yə üzv ölkələrin liderləri Ali Avrasiya İqtisadi Şurasının iclasında İrana müşahidəçi statusunun verilməsi barədə qərar qəbul ediblər.
Beləliklə, Aİİ-də üç müşahidəçi ölkə var. Əvvəllər bu statusu Özbəkistan və Kuba almışdı.
Müşahidəçi statusu qərarların qəbulunda iştirak etmədən dəvətlə Aİİ orqanlarının iclaslarında iştirak etməyə və qeyri-məxfi sənədləri almaq hüququna malik olmağa imkan verir.
Aİİ-nin tamhüquqlu üzvləri Rusiya Federasiyası, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.
Avrasiya İqtisadi Komissiyasının məlumatına görə, 2024-cü ilin ilk 10 ayında Aİİ ölkələri ilə İran arasında ticarət dövriyyəsi 12,8% artıb.