Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı araşdırmalar bitənə qədər şərh verməkdən imtina edib. Dmitri Peskov qeyd edib ki, Kreml Bakının Azərbaycan təyyarəsini hava hücumundan müdafiə vasitəsi ilə vurduğuna görə Rusiyanın üzr istəməsi ilə bağlı bəyanatları görüb.
"Hadisə araşdırılır və istintaqın nəticələri çıxana qədər heç bir qiymətləndirmə vermək hüququmuz yoxdur və bunu etməyəcəyik", - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 sərnişindən 38-i həlak olub. Təyyarə qəzası Qazaxıstan, Azərbaycan və Rusiyada araşdırılır.