Yəmən husiləri İsrailin Təl-Əviv və Aşkelon şəhərlərinə PUA-larla zərbələr endiriblər.
Husilərin sözçüsü Yəhya Sarin X sosial şəbəkəsində yazıb ki, Yəmən silahlı qüvvələri pilotsuz təyyarələrdən istifadə edərək iki hərbi əməliyyat keçirib.
“Birinci hədəf Tel-Əvivdəki mühüm obyekt, ikincisi Aşkelondakı sənaye zonası olub".
Husilərin sözçüsü deyib ki, hər iki zərbə “hədəflərini uğurla vurub”.