“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Çeçenistan paytaxtı hava limanının mətbuat xidmətindən bildirilib.
Qazaxıstan FHN-in məlumatına görə, 25 nəfər xəstəxanaya yerləşdirilib. Qəzaya uğrayan təyyarədə 67 sərnişin və 5 ekipaj üzvü olub.
Hadisə yerində 52 yanğınsöndürən və 11 texnika çalışır. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib ki, ilkin məlumatlara görə, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğramasına səbəb quşlarla toqquşması olub.