Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Jan-Noel Barronu yenidən Fransanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
“Hörmətli Jan-Noel Barro, yenidən Fransanın xarici işlər naziri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm.
Həm ikitərəfli, həm də Aİ çərçivəsində yeni nəzərəçarpacaq nəticələr əldə etmək üçün Ermənistan-Fransa tərəfdaşlığının gücləndirilməsi istiqamətində əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm.
Mən regionumuzda sabitliyin möhkəmləndirilməsi üçün mövcud problemlərin həllində birgə işləmək əzmimi bir daha təsdiqləmək istəyirəm”, - nazir Mirzoyan özünün X mikrobloqunda yazıb.