Dekabrın 18-də Barselonada Ermənistan Respublikasının fəxri konsulunun ofisinin açılış mərasimi olub. Bu barədə məlumatı Ermənistan Respublikasının İspaniyadakı səfirliyi yayıb.
Ermənistan Respublikasının xarici işlər nazirinin əmri ilə Xose Daniel Barquero Kabrero Ermənistan Respublikasının İspaniyanın Barselona şəhərindəki fəxri konsulu təyin edilib. Fəxri konsulluq ticarət, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi ilə məşğul olacaq.