ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalının ABŞ-ın nəzarətinə qaytarılmasını tələb etdikdən sonra Qrenlandiya probleminə toxunub.
Panama prezidenti Xose Raul Mulino ölkəsinin müstəqilliyinin müzakirə mövzusu olmadığını deyərək Trampın bəyanatını şiddətlə qınayıb və Panama tərəfindən alınan tranzit rüsumlarının “özbaşına” təyin edilmədiyini bildirib.
Xatırladaq ki, Birləşmiş Ştatlar kanalın tikintisini 1914-cü ildə tamamladı və 1999-cu il dekabrın 31-dək istismar etdi. 1977-ci ildə Prezident Karter və Panama lideri Ömər Torrixos 2000-ci ildə kanala nəzarətin Panama hakimiyyətinə verilməsi haqqında saziş imzaladılar.