Rusiya baş nazirinin müavinləri Aleksey Overçuk və Vitali Savelyevin başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər edib. Səfər çərçivəsində Rusiya nümayəndə heyətinin İran prezidenti Məsud Pezeşkianla görüşü nəzərdə tutulub.
Rusiya baş nazirlərinin müavinləri, İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında da danışıqlar gözlənilir.
Məlumata görə, tərəflər bütün iştirakçı ölkələr tərəfindən ratifikasiyanın yekun mərhələsində olan azad ticarət zonası haqqında tam formatlı saziş çərçivəsində İran və Avrasiya İqtisadi İttifaqı ölkələrinin birgə fəaliyyətini müzakirə edəcəklər. İran statusu aldıqdan sonra İttifaq çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə oluna bilər.
Bundan əlavə, gündəliyə nəqliyyat əlaqəsi və yeni nəqliyyat dəhlizlərinin inkişafı məsələləri daxildir.