Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
Kremldən bildirilib ki, telefon danışığı Özbəkistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Qeyd olunur ki, Özbəkistan prezidenti Rusiya Silahlı Qüvvələrinin Radioloji, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirilov və onun köməkçisi İlya Polikarpovun vəfatı ilə əlaqədar başsağlığı verib, onların qətlini pisləyib.
İki ölkənin xüsusi xidmət orqanlarının terrorizmlə mübarizə sahəsində sıx əməkdaşlığını davam etdirmək niyyəti vurğulanıb.