ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Ermənistanla Azərbaycan arasında gedən proseslərə toxunub.
Jurnalist soruşub ki, hazırkı administrasiya Donald Tramp vəzifəyə başlamazdan əvvəl Cənubi Qafqazda yekun nizamlanma üzrə işləri başa çatdıra bilmədiyi üçün məyus deyilmi?
“Biz buna diqqət yetirməməyə çalışırıq və işimizi davam etdiririk. Bu məsələ hazırkı administrasiya və dövlət katibi Blinken üçün həyati əhəmiyyət kəsb edir”, - deyən Vedant Patel Co Baydenin səlahiyyət müddətinin son gününə qədər Cənubi Qafqazda sülhün bərqərar olması üçün səylərin göstəriləcəyini bildirib.