Dekabrın 20-də ER Parlamentinin Ermənistan-İran Dostluq Qrupunun rəhbəri Narek Babayan İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani ilə görüşüb.
Narek Babayan iki ölkə parlamentlərinin dostluq qruplarının tərkibində dəyişiklik olduğunu qeyd edərək, yeni üzvlərin parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə fəal təsir göstərəcəyinə əminliyini ifadə edib.
Mehdi Sobhani həmçinin qeyd edib ki, dəyişikliklər iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək.
Hər iki tərəf parlament formatında əməkdaşlığın vacibliyini vurğulayıblar.
Görüş zamanı ticarət dövriyyəsinin və yükdaşımaların artırılması ilə bağlı məsələlər müzakirə edilib.