Dekabrın 18-də ER-in ABŞ-dakı səfiri Lilit Makunts konqresmen Ken Kalvert (Respublikaçı, Kaliforniya) ilə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və regionda sabitliyin təmin edilməsi ilə bağlı məsələlərə toxunublar.
Səfir ER-nin gələcəkdə də ABŞ ilə münasibətləri dərinləşdirməyə sadiq olduğunu vurğulayaraq, yaxın gələcəkdə iki ölkə arasında strateji tərəfdaşlığın təsdiqlənməsinin mümkün olacağına ümid etdiyini bildirib.