Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, yüksək səviyyəli üçtərəfli sazişlərin elementlərindən biri humanitar blokun, o cümlədən qaçqınların hüquqlarının müdafiəsi, tarixi, mədəni və dini irs abidələrinin qorunub saxlanılması, onlara təhlükəsiz və sərbəst girişin təmin edilməsi, itkin düşmüş şəxslərin axtarışı, hərbi əsirlərin və məhbusların dəyişdirilməsidir.
“Biz qeyd etmişik ki, Bakı ilə Yerevan arasında həm rəsmi, həm də açıq şəkildə bütün humanitar məsələlər üzrə dialoqun bərpasına önəm veririk. Tərəflər bizim imkanlarımızdan istifadə etmək istəsələr, biz dəstək verməyə hazırıq", - Zaxarova qeyd edib.