Hindistanda rəsmi səfərdə olan Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Hindistan Parlamentinin Aşağı Palatasının (Lok Sabha) sədri Om Om Birla ilə görüşüb.
Om Birla Ermənistan Respublikası Parlamentinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini Hindistanda salamlayıb və bu səfərin ikitərəfli münasibətlərdə yeni perspektivlər açacağını qeyd edib.
Alen Simonyan həmkarına səmimi qəbula görə təşəkkür edib. O qeyd edib ki, belə təmasların dərinləşməsi Ermənistan-Hindistan münasibətlərinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Tərəflər iki ölkə arasında parlamentlərarası əlaqələrə dair geniş spektri məsələləri müzakirə ediblər, həmçinin ikitərəfli münasibətlər və maraqlarla bağlı digər mövzulara da toxunublar.