Hindistanda rəsmi səfərdə olan Ermənistan Respublikası Parlamentinib sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 16-da Hindistan Prezidenti Droupadi Murmu ilə görüşüb.
Tərəflər iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikasını məmnunluqla qeyd ediblər və əlavə ediblər ki, geniş əməkdaşlığa baxmayaraq, ikitərəfli münasibətlərdə hələ də istifadə olunmamış potensial mövcuddur.
Drupadi Murmu Alen Simonyana Hindistana rəsmi səfərinə görə təşəkkür edib və bu səfərin ikitərəfli münasibətlərdə yeni səhifə açacağına əminliyini bildirib.
Alen Simonyan da öz növbəsində görüşə görə minnətdarlığını bildirib və Hindistanın Ermənistan üçün mühüm tərəfdaş olduğunu vurğulayıb.
Tərəflər ikitərəfli maraq doğuran digər məsələlərə, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi mövzusuna da toxunublar.