Fransaya işgüzar səfəri çərçivəsində müdafiə naziri Suren Papikyan dekabrın 16-da Fransa Prezidentinin hərbi müşaviri, Xüsusi Hərbi Qərargah rəisi, ordu generalı Fabien Mandon ilə görüşüb.
Görüşdə Ermənistan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri Arman Xaçatryan da iştirak edib.
Tərəflər Ermənistan-Fransa müdafiə sahəsində əməkdaşlığı, hrbi təhsil, təlim proqramları, hərbi-texniki məsələləri ətraflı əhatə edən məsələləri müxakirə ediblər.
Regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də toxunulub.
Tərəflər bu məsələlərə öz yanaşmalarını təqdim ediblər.