Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə geniştərkibli görüş keçirib. Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Görüşdə Ceyhun Bayramov arxiyepiskop Paul Riçard Qallager ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.