Türkiyə Ermənistan və Azərbaycanın tezliklə razılığa gələcəyinə və Cənubi Qafqazda sabit sülhün bərqərar olacağına ümid edir, Türkiyənin müdafiə naziri Yaşar Gülər ölkə parlamentində çıxışı zamanı deyib.
"Bir millət, iki dövlət" prinsipinə əməl edərək, təhlükəsizliyi və rifahı ölkəmizin təhlükəsizliyindən ayrılmaz olan Azərbaycanın sabitliyi naminə hər zaman qardaşlarımızın yanında olmuşuq. Gələcəkdə də belə olacaq”, - Gülər bildirib.
O, Türkiyə ordusunun dost və qardaş ölkələrin güvəndiyi “güc faktoru” olduğunu da qeyd edib.