Mərkəzçi Demokratik Hərəkat Partiyasının lideri Fransua Bayru Fransanın yeni baş naziri təyin edilib. Bu barədə Yelisey Sarayından bildiriblər.
1993-1997-ci illərdə Bayru təhsil naziri olub. 2017-ci ildə o, qısa müddət ərzində Ədliyyə Nazirliyinə rəhbərlik edib. O, 2002, 2007 və 2012-ci il prezident seçkilərində namizəd kimi irəli sürülüb.
Onun partiyası “Miasin” siyasi koalisiyasına daxildir.