İsrail hərbçiləri Suriyanın döyüş təyyarələrinə, vertolyotlarına, zavodlara zərbələr endirib.
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, BMT-nin baş katibi Antonio Quterreş Suriyanın suverenliyi və ərazi bütövlüyünün son vaxtlar və geniş şəkildə pozulmasından dərin narahatdır.
“Baş katib İsrailin Suriyada yüzlərlə hava hücumundan xüsusilə narahatdır və ölkədə bütün cəbhələrdə zorakılığın təcili olaraq azaldılmasının vacibliyini vurğulayır”, - o vurğulayıb.