"Mən Litvanın yeni təyin olunmuş xarici işlər naziri Kestutis Budrisi ürəkdən təbrik edirəm", -Ararat Mirzoyan X mikrobloqunda yazıb.
"Mən həm ikitərəfli formatda, həm də Aİ və Şimal-Baltik Səkkizlik Qrupu ilə keyfiyyətcə yeni səviyyəyə qaldırılan Ermənistan-Litva münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində birgə işimizi davam etdirməkdən şadam”, - Mirzoyan qeyd edib.
Bundan əvvəl Ermənistan XİN rəhbəri Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsbergisə minnətdarlığını bildirib və onun Ermənistana dəstəyini yüksək qiymətləndirib.