Artıq 5-ci dəfədir ki, siyasətçilər, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış alimlər, hakimlər, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri Yerevanda bir araya gələrək soyqırım cinayətlərini müzakirə edirlər. Bunu xarici işlər naziri Ararat Mirzoyan “Soyqırım cinayətinə qarşı” V Qlobal Forumda çıxışı zamanı deyib.
ER XİN rəhbəri xatırladıb ki, Ermənistan foruma ev sahibliyi etməklə yanaşı, BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində təqdim olunan “Soyqırımın qarşısının alınması” qətnaməsinin də müəllifidir, o, 2024-cü ilin martında qəbul edilib və onun əsas mövzularından biri soyqırımına erkən xəbərdarlıq və erkən reaksiyanın təmin edilməsi olmuşdur.
“Bu illər ərzində qətnaməyə həmişə məzmun əlavələri edilib və növbəti qlobal forumun təşkili zamanı heç vaxt müzakirə olunacaq mövzu qıtlığı olmayıb və bu fakt nə qədər qəribə səslənsə də, mən bunu müsbət qeyd kimi demirəm. Bu fakt bizim beynəlxalq birlik olaraq səylərimizin səmərəsizliyini və ya düzünü desək, dünyada baş verən bəşəriyyətə qarşı cinayətlərin və soyqırımların qarşısını almaqda kollektiv acizliyimizi qeydə alan acı bir reallıqdır.
Hətta bir neçə gün əvvəl, dekabrın 9-da Beynəlxalq Soyqırımı Qurbanlarının Anma və həmin Cinayətin Qarşısının Alınması Günü, hətta ondan 3 gün əvvəl, hətta ondan 3 gün sonra, bu gün dünyanın müxtəlif guşələrində və xüsusilə silahlı münaqişə zonalarında biz soyqırım aktlarının, təzahürlərinin, impulslarının şahidi olururq və Bbu, insanlığa qarşı yeni cinayətlərdən bəhs edir".