ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı bildirib ki, ABŞ administrasiyası Suriyanın yeni hökumətinin inklüzivlik əsasında və xarici müdaxilə olmadan formalaşacağı təqdirdə onu tanımağa və dəstəkləməyə hazırdır.
O əlavə edib ki, “keçid beynəlxalq şəffaflıq və hesabatlılıq standartlarına cavab verən etibarlı, əhatəli və dünyəvi idarəçiliyə gətirib çıxarmalıdır”.
Ötən həftə Suriyadakı silahlı müxalifət Dəməşqi ələ keçirdiklərini və üç ay fəaliyyət göstərəcək keçid hökuməti formalaşdırdıqlarını açıqlamışdı. Suriyanın müvəqqəti hökumətini əvvəllər qondarma milli qurtuluş hökumətinə rəhbərlik etmiş Məhəmməd Bəşir quracaq. O, mühəndisdir və dini təhsili də var.
Məhəmməd Bəşir həmvətənlərinə sabitlik və sülh vəd edib.