Bu yaxınlarda ABŞ səfiri Kristina Kuin öz doğma Kaliforniya ştatında olub və burada erməni diasporu ilə əlaqə saxlayıb. Fresnoda Fəxri Konsulluğun 10 illiyinə həsr olunmuş tədbirdə iştirak etmiş, Fresnodakı Saroyan muzeyinə, erməni muzeylərinə baş çəkmiş, Fresno Universitetinin ermənişünaslıq fakültəsinin tələbələri ilə görüşmüş, Los Anceles şəhər rəsmiləri, “Həqiqət və Ədalət Mərkəzi” və “Globalarm” nümayəndələri ilə fikir mübadiləsi aparmış.
ABŞ-ın Ermənistandakı səfirliyinin mesajında deyilir: “Biz erməni icmasının ER-ABŞ münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş bütün səylərini yüksək qiymətləndiririk”.