Yerli media xəbər verir ki, İsrailin zirehli texnikası Suriya ərazisinin dərinliklərinə doğru irəliləyib və hazırda Dəməşqdən təxminən 20 km uzaqlıqdadır.
Əl-Məyadi telekanalının məlumatına görə, İsrail tankları Əl-Kuneytra şəhərindən keçərək paytaxt Dəməşqin ətrafına çatıblar. İsrail hərbçilərinin vilayətin cənubunda bir sıra yaşayış məntəqələrini ələ keçirdiyi barədə də xəbərlər var.
Bu arada İsrail hərbçiləri Suriyada hərbi bazalar, onlarla döyüş təyyarəsi, hava hücumundan müdafiə sistemləri, silah istehsalı və anbarları da daxil olmaqla 250 hədəfə hava zərbələri endirib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın göstərişi ilə İsrail ordusu Qolan təpələrindəki bufer zonaya zirehli maşınlar yerləşdirib.