Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan Kent şahzadəsi Maykl Corc Çarlz Franklin ilə görüşüb.
Görüşdə gələcək əməkdaşlığın istiqamətləri müzakirə edilib, 2023-cü ildə imzalanmış üç illik memorandumun müddəalarına da toxunulub. Tərəflər həmçinin Ermənistanda planlaşdırılan uşaqların himayədarlığı üzrə ikinci regional konfransın təşkili imkanlarını da nəzərdən keçiriblər.
Görüşün sonunda şahzadə Mixail nazir Mkrtçyanın Ermənistana səfər dəvətini qəbul edib.