Dekabrın 9-da Ermənistanda Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin sessiyası işə başlayıb, onun çərçivəsində AŞPA-nın baş katibi Despina Xatsivasiliu-Tsovilis də Ermənistana gəlib.
Sessiya başlamazdan əvvəl AŞPA-nın baş katibi və sessiyanın sədri, Hüquq Məsələləri Komitəsinin sədr müavini Pablo İspa ER Parlamentinin sədritərəfindən qəbul edilib, ER Parlametində keçiriləcək sessiyanın təşkilati məsələləri müzakirə edilib.
AŞPA sədri Teodoros Rusopulos sessiya iştirakçılarını salamlayıb, daha sonra ER Parlamentinin sədri Alen Simonyan da açılış nitqi ilə çıxış edib.