Bizim Avropa Məhkəməsində Azərbaycana qarşı 4 ümumi dövlətlərarası, Ermənistana qarşı isə 2 dövlətlərarası icraatımız var. Bunu Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib.
“Ermənistan tərəfindən Avropa Məhkəməsində Azərbaycana qarşı aparılan 4 dövlətlərarası proses 44 günlük müharibə və ondan sonrakı dövrə, əsir düşmüş şəxslərə qarşı həyata keçirilən qanunsuz məhkəmə proseslərinə, qanunsuz azadlıqdan məhrum etmələrə toxunulur. Azərbaycan silahlı birləşmələrinin ER-nin suveren ərazisində olmasına və bunun nəticəsində insan hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən ermənilərin Dağlıq Qarabağdan məcburi köçürülməsinə və Laçının blokadasından başlayaraq bütün müşayiət olunan pozuntulara aiddir.
Avropa Məhkəməsində müharibənin özünə aid olan ilk şikayət, biz artıq yazılı prosedurlardan keçdik, yazılı etirazlarımızı təqdim etdik. Digər üçünə gəlincə, onlar əsasən yazılı mərhələdədir. Dördüncü şikayət məcburi köçkünlüklə bağlıdır.
Beynəlxalq Ədalət Məhkəməsində bir əsas prosesimiz var, bu da İrqi Ayrı-seçkiliyin Bütün Formalarının ləğv edilməsi haqqında Konvensiyaya əsaslanır”,- Kirakosyan bildirib.