ER Parlamentinin sədri Alen Simonyan AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin sessiyasının açılış mərasimində çıxış edib.
Onun sözlərincə, Ermənistanın Avropa yönümlü olması təbii seçimin nəticəsidir və ölkənin demokratik islahatlar gündəliyindən irəli gəlir.
“Bu gün hamımız dünyanın müxtəlif guşələrində ciddi problemlərlə üzləşirik, deməliyəm ki, Ermənistan həm təhlükəsizlik, həm də humanitar problemlərlə üzləşir. Təəssüf ki, Reykyavik sammitindən sonra biz bir daha gücdən istifadə etməmək prinsipinin və insan haqlarının kobud şəkildə pozulmasının şahidi olduq.
Dağlıq Qarabağın məcburi köçkün əhalisinin hüquqlarının, o cümlədən Avropa Şurasının konvensiya sistemi çərçivəsində beynəlxalq müdafiəsi vacibdir. Fürsətdən istifadə edərək, Azərbaycanda hələ də saxlanılan erməni əsirlərin repatriasiyası məsələsini diqqət mərkəzində saxladığına görə AŞPA-ya da minnətdarlığımızı bildirirəm.
Mövcud çağırışlara baxmayaraq, Ermənistan regionda sabit və davamlı sülhün bərqərar olması üçün fəal səylər göstərir.
Azərbaycanla münasibətlərin tənzimlənməsi kontekstində biz Ermənistan və Azərbaycan arasında mövcud olan ilk beynəlxalq hüquqi sənədi ratifikasiya etdik - bu, sərhədlərin delimitasiyası ilə məşğul olan iki komissiyanın birgə fəaliyyətinin tənzimlənməsidir”.
Alen Simonyan Ermənistan sülhün qorunması üçün yol xəritəmiz olan “Sülhün kəsişməsi” layihəsinə də toxunub.