Bağdadda İran, İraq və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
İraq Xrici İşlər Nazirliyinin bəyanatına əsasən, görüş zamanı regionun üzləşdiyi problemlər və Suriyada təhlükəsizliklə bağlı son hadisələr müzakirə olunub. Danışıqların iştirakçıları terrorizmi bütün forma və təzahürlərində pisləyib və kollektiv müqavimət hərəkətə ehtiyac olduğunu vurğulayıblar.
XİN başçıları həmçinin İsrailin Suriya, eləcə də Qəzza və Livana hücumlarını pisləyib və Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıblar.
İranın xarici işlər naziri Abbas Əraqçi İraqın “Əl-Şərqiyyə” telekanalına müsahibəsində Suriyada baş verən hadisələrin bu ölkənin sərhədləri ilə məhdudlaşmayacağını və İraqın təhlükəsizliyini də təhdid edəcəyini qeyd edib.
Əraqçi bəyan edib ki, İran həmişə Suriyanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.