Dekabrın 5-də Rəcəb Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Görüşün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasına ümidin olduğu yazılı bəyanat da dərc olunub.
“Azərbaycan və Ermənistan arasında danışıqlarda qeydə alınan müsbət irəliləyişlərin sülh müqaviləsi ilə başa çatacağına dair gözlənti və arzu vurğulanıb. Sabit sülhün bərqərar olması regionumuzun bütün aktorlarının maraqlarına cavab verəcək”, - bəyanatda deyilir.