Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə görüşüb. Görüş ATƏT-in nazirlər konfransı çərçivəsində baş tutub. Bu barədə ER XİN məlumat yayıb.
Aktiv siyasi dialoqu davam etdirən həmsöhbətlər Ermənistan və Avstriya arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər, eləcə də ER-Aİ tərəfdaşlığının dərinləşdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Nazir Mirzoyan ER cəmiyyətində Aİ ilə gələcək qarşılıqlı fəaliyyətlə bağlı müzakirələr barədə məlumatlandıraraq vizanın liberallaşdırılması dialoqu, demokratik islahatlar kimi məsələlərdə Aİ-yə üzv dövlətlərin davamlı dəstəyinin vacibliyini qeyd edib.
Ararat Mirzoyan və Aleksandr Şallenberq regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mirzoyan Azərbaycanla münasibətlərin tənzimlənməsinə dair sazişin qısa müddət ərzində imzalanmasının vacibliyi ilə bağlı ER-in mövqeyini bir daha təsdiqləyib.