Noyabrın 27-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) sədri Çarlz Brauna zəng edib. Bu barədə Reuters və The New York Times (NYT) xəbər yayıb.
Söhbət Rusiyanın “Oreşnik” orta mənzilli ballistik raketinin Ukraynanı vurmasından 6 gün sonra olub.
Gerasimov və Braun "bir sıra qlobal və regional təhlükəsizlik məsələlərini, o cümlədən Ukraynada davam edən münaqişəni müzakirə ediblər", JCS sədrinin sözçüsü Ceril Dorsi deyib.
Rəsminin sözlərinə görə, söhbət zamanı Gerasimov Amerika tərəfinə deyib ki, Oreşnik raketinin buraxılması Co Bayden administrasiyasının Ukraynanın Rusiya ərazisinə dərin zərbələr endirmək üçün ATACMS ballistik raketlərindən istifadə etməyə razılıq verməsindən xeyli əvvəl planlaşdırılıb.
“Reuters”in məlumatına görə, Braun rusiyalı həmkarı ilə ilk dəfə bu formatda əlaqə saxlayıb. Bundan əvvəl Gerasimov onun müavini Mark Millli ilə danışıb.