Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının nümayəndələri, Milli Təhlükəsizlik Müşavirliyinə namizəd Mayk Vals və Rusiya və Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqla görüşüb.
“Reuters”in həmsöhbətləri Ukrayna nümayəndə heyəti ilə Trampın komandası arasında baş tutacaq görüşün təfərrüatlarını açıqlamayıblar. WSJ yazır ki, müzakirələrə yeni seçilmiş vitse-prezident JD Vens də qoşulub.
WSJ mənbələrinin məlumatına görə, Yermak Trampın köməkçiləri ilə münasibətləri yaxşılaşdırmaq üçün Vaşinqtona səfər edib. Kiyevin planları ilə tanış olan qəzetin həmsöhbəti bildirib ki, Ukrayna “sülhə hazır olduğunu bildirməyi planlaşdırır”.
KİV-in məlumatına görə, Trampın komandası hazırda Ukraynada sülhün bərqərar olması üçün üç əsas təklifi müzakirə edir.