Dekabrın 4-də ER-in ABŞ-dakı səfiri Lilit Makunts konqresmen Karl Miller (Respublikaçı, Qərbi Virciniya) ilə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülh prosesini, Cənubi Qafqaz regionunda ticarət və iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Səfir konqresmenə Ermənistanın təşəbbüsü ilə həyata keçirilən “Sülhün kəsişməsi” layihəsinin təfərrüatlarını təqdim edib.