Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisinin mərkəzində iğtişaşlara çevrilən etirazları Gürcüstanda Maydan təşkil etmək üçün uğursuz cəhd adlandırıb.
“Avropalı siyasətçilərin Tbilisidəki etiraz aksiyaları zamanı radikal qüvvələrin zorakılıq faktlarına məhəl qoymaması onların ikili standartlarının sübutudur”.
Gürcüstanın Daxili İşlər Nazirliyinin nümayəndələri müxalifətin “Vahid Milli Hərəkat” və “Dəyişikliklər Uğrunda” koalisiyasının ofislərində axtarış aparıblar. Bu barədə Gürcüstan mətbuatı xəbər verir.