Ermənistan Respublikasının Keniya Respublikasına yeni təyin olunmuş səfiri Sahak Sargsyan etimadnaməsini prezident Uilyam Rutoya təqdim edib. Bu barədə ER XİN məlumat yayıb.
Prezident Ruto səfir Sargsayanı vəzifəyə başlaması münasibətilə təbrik edərək, uğurlar arzulayıb və onun fəaliyyətinin iki dost ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Səfir Sahak Sargsyan çıxışında Ermənistan-Keniya ikitərəfli gündəliyinin genişləndirilməsinin vacibliyini və bir sıra sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının mümkünlüyünü vurğulayıb.