Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Yerevanda təşkilatda fəaliyyətini davam etdirəcəyinə ümid etdiyini bildirib, həmçinin KTMT-nin Ermənistan qarşısında öhdəliklərinin saxlanıldığını xatırladıb.
“Ermənistan istənilən vaxt təşkilatın işində tam iştiraka qayıda bilər. KTMT üzvləri tərəfindən heç bir etiraz və maneə yoxdur. Ümid edirik ki, müəyyən müddətdən sonra Ermənistan bizim təşkilatda həyata keçirilən fəaliyyətlərə qoşulacaq", - baş katib bildirib.
Tasmaqambetovun sözlərinə görə, təşkilatla Ermənistan arasında son zamanlar formalaşan münasibətlər formatı, ilk növbədə, respublikanın hərbi-siyasi rəhbərliyinin qərarıdır.
“Bununla belə, Ermənistanın təşkilatda gedən bütün məsələlərin müzakirəsində iştirak etməməsi bizim işimizin səmərəliliyinə təsir göstərmir”, - o vurulayıb.