Oman Sultanlığının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hamud Əl-Tovaya (iqamətgahı: Moskva) etimadnaməsini respublika prezidenti Vhaaqn Xaçaturyana təqdim edib.
Prezident səfiri vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb:
"Ermənistan Respublikası Oman Sultanlığı ilə əlaqələri çox yüksək qiymətləndirir. Bizim üçün Oman Sultanlığı dost ölkə və etibarlı tərəfdaşdır".
Görüşdə Ermənistan və Oman arasında siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın təşviqi istiqamətləri və imkanları ilə bağlı məsələlər müzakirə olunub.
İki ölkənin qarşılıqlı potensialının reallaşdırılması istiqamətində addımların atılmasına əhəmiyyət verilib.
Tərəflər ölkələr arasında münasibətlərin və əməkdaşlığın möhkəmlənməsində müxtəlif səviyyələrdə siyasi dialoqun və qarşılıqlı səfərlərin xüsusi rolunu vurğuladılar.